Menu

Suriya ordusu vuruldu — 62 ölü, 100 yaralı

17.09.2016, 23:01
Suriya ordusu vuruldu — 62 ölü, 100 yaralı

Suriyada İŞİD-ə qarşı qarşı mübarizə aparan beynəlxalq koalisiyanın hərbi təyyarələrinin raket-bomba zərbələri nəticəsində Suriya ordusunun 62 hərbçisi həlak olub, 100 hərbçi yaralanıb.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi yetkilisi, general-mayor İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, bu gün Suriyada yerli vaxtla 17.00-17.50 arasında Deyr əz Zor şəhərindəki aerodromun ətrafına 4 aviazərbə endirilib. Hücum zaman 2 F-16 və 2 A10 təyyarələrindən istifadə olunub. Təyyarələr Suriyaya İraq tərəfdən daxil olublar. (milli.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol