Menu

Nepalda bərə aşıb - 20 nəfər itkin düşüb

18.09.2016, 10:59
Nepalda bərə aşıb - 20 nəfər itkin düşüb

Hadisə zamanı 37 nəfər xilas edilib

Nepalda bərənin aşması nəticəsində 20 nəfər itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin şərqində Sunsari rayonunda, Kosi çayında baş verib. Hadisə zamanı 37 nəfər xilas edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə günorta baş verib. Normadan iki dəfə artıq yüklənmiş qayıq sürətli axına tab gətirməyərək çevrilib.

Polis, xilasedicilər və ordu bölmələri axtarış-xilasetmə əməliyyatına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol