Menu

Xaçmazda maşın 13 yaşlı məktəblini vurub

18.09.2016, 21:27

qezaXaçmazda yol nəqliyyat hadisəsi baş verib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 2003-cü il təvəllüdlü Teymurov Həzrət Zakir oğlunu maşın vurub.

O,dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məktəbliyə qapalı kəllə beyin travması diaqnozu qoyulub,vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol