Menu

Obamadan nüvə silahı olan ölkələrə - Çağırış 

20.09.2016, 23:29

Barak_Obama_140412_albomABŞ prezidenti Barak Obama nüvə silahı olan ölkələri onu heç vaxt sınaqdan keçirməməyə və arsenallarını azaltmağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu çağırışı BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı edib.

“ABŞ kimi nüvə silahına malik olan dövlətlərin üzərinə onun (nüvə silahının) ehtiyatlarının azaldılması və heç vaxt istifadə edilməməsi kimi məsuliyyət düşür”, - deyə Obama qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol