Bakı sakini Hidayət Quliyev 2014-cü ildə bankdan dollarla kredit götürüb. 1-ci devalvasiyadan sonra güzəşt üçün banka müraciət edib və ona bildiriblər ki, borcunu manata çevirmək və müddəti uzatmaq mümkündür. Müştəri bununla bağlı ərizə yazıb və kredit borcunu yeni qaydayla ödəməyə davam edib. İkinci devalvasiyadan sonra isə banka dəvət edilib və ona bildirilib ki, borcunu dollarla ödəməlidir.
Vətəndaşın sözlərinə görə, bankda sadəcə ərizə yazıb. Heç bir müqavilə imzalamayıb və ona hər hansı bir rəsmi sənəd verilməyib.
Hüquqşünaslar isə bildirir ki, bank krediti ödətdirməkdən ötrü manevr edib. Yəni, müştəri aldadılıb, heç bir dəyişiklik olmayıb. Əgər ödəniləcək valyuta manata çevrilsəydi, yaxuda da müddət uzadılsa idi mütləq tərəflər arasında müqavilə imzalanmalı idi.
“AzPolitika” xezerxeber-in mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir:


Şərhlər