Menu

Poroşenko və Obama Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər

21.09.2016, 23:38
Poroşenko və Obama Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər

Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, dövlət başçıları Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər.

Tərəflər Ukraynanın şərqində zorakılığa son qoyulması, eləcə də Minsk razılaşmalarının tezliklə və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə ABŞ-ın Ukraynaya iqtisadi islahatlarda yardım etməsi, o cümlədən 1 milyard dollar həcmində kredit ayrılması məsələsinə baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol