Menu

“Bir saatdan çox səhv etmək olmaz” - Bəşər Əsəd

22.09.2016, 17:11
“Bir saatdan çox səhv etmək olmaz” - Bəşər Əsəd

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonunda Suriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Associated Press” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

Onun sözlərinə görə, Suriya hərbçilərinin mövqeyinə endirilən aviazərbələr bir saat davam edib: "Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz".

Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində 62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını İŞİD terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol