Menu

Polis sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

23.09.2016, 11:13

gunun-fotosu-polisAzərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol