Menu

Rusiyada həbs edilən kriminal avtoritet Azərbaycana təhvil verildi

23.09.2016, 19:00

turme_hebs_000Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədov Azərbaycana təhvil verilib.

APA-nın məlumatına görə, E. Məmmədovun cinayət işi üzrə Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə dair məhkəmə prosesi başlayıb. Növbəti proses sentyabrın 30-da keçiriləcək.

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol