Menu

Kiyev Donbassa xüsusi status verməyə razılaşıb

24.09.2016, 09:52
Kiyev Donbassa xüsusi status verməyə razılaşıb

Ukrayna hakimiyyəti rusiyapərəst qüvvələrin nəzarətində olan Donbassa xüsusi status verməyə razılaşıb. Bunu sentyabrın 23-də ABŞ vitse-prezidenti Co Bayden “Amerikanın Səsi”nə deyib.

Xüsusi status Minsk razılaşmalarının tərkib hissəsidir.

Bundan əvvəl Fransanın və Almaniyanın xarici işlər nazirləri Kiyevi Luqansk və Donetsk vilayətlərinin ayrı-ayrı rayonlarına xüsusi status verməyə və burda seçki haqda qanun qəbul etməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol