İraqın şimalında Tikrit şəhərində törədilən silsilə partlayışlar nəticəsində 13 nəfər ölüb."Report" Livanın "Əl-Maidin" telekanalına istinadən xəbər verir ki, partlayışları terrorçu-kamikadze şəhərin əsas giriş hissəsində törədib.
Məlumata görə, partlayışların məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, Tikrit İraqın Salahəddin əyalətində yerləşir.


Şərhlər