Menu

 Mosulun İŞİD-dən azad edilməsinin başlama tarixini - Ərdoğan açıqladı

25.09.2016, 16:30

erdoganOktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.

APA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki. Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol