Menu

Son günlər Hələbdə 213 dinc sakin ölüb - BMT

25.09.2016, 20:23
Son günlər Hələbdə 213 dinc sakin ölüb - BMT

Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.

APA xəbər verir ki, bunu BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.

Onun sözlərinə görə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var. "Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki blokada şəraitində yaşayır", deyə S.de Mistura qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol