Menu

“Səsvermə çox yaxşı təşkil olunub” - AŞPA məruzəçisi

26.09.2016, 10:19
“Səsvermə çox yaxşı təşkil olunub” - AŞPA məruzəçisi

“Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var”.

APA-nın məlumatına görə, bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: “Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq”.

Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol