Menu

“Borclar silinəcəksə, banklar necə ayaqda qalacaq?” - Natiq Cəfərli

26.09.2016, 19:44

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioBank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov belə bir fikir səsləndirib ki, 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul ediləcək, borclar silinəcək.

Moderator.az sensasion sayıla biləcək bu iddia ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli deyib ki, müflislik haqqında qanunun fiziki vətəndaşlara tətbiq edilməsi çətin olacaq: “Bu məsələnin hüquqi prosedurunu yaratmaq o qədər də çətin deyil. Ancaq bunun iqtisadi mexanizmlərini yaratmaq çətindir. Müflis haqqında qanuna əsasən borclar silinəcəksə, banklar necə ayaqda qalacaq? Onsuz da bankların çox ciddi problemləri var. Əgər belə bir mexanizm işlənib hazırlanacaqsa, bankların itirdiklərinin hansı mənbələr hesabına kompensasiya edilməsi məsələsi gündəmə gələcək. Azərbaycanda ya dövlət büdcəsi, ya neft hesabına bunu etmək mümkündür. Ancaq təəssüf ki, hər iki sahədə problemlər var. Büdcənin özündə ciddi problemlər var. Hökümət büdcə xərclərini azaltmağı düşünür. Neft Fondunun da öz öhdəlikləri var. O öhdəlikləri yerinə yetirməyə çalışır. Buna görə də belə bir layihə hazırlansa belə bankların itirdiklərini geri qaytarmaq məsələsi çox çətin olacaq. Məsələnin uğurlu həlli üçün xüsusi mexanizmlər işlənib hazırlanmasına ehtiyac var. Vətəndaşlar borclarını qaytara bilməyəcəklərsə o zaman bankların özünün işləməsində problemlər yaranacaq. Onsuz da geri qaytarılmayan kreditlərin sayı hər ay artır. Bu hüquqi yox, daha çox iqtisadi müstəvidə həll olunası məsələdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol