Menu

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək missiyasının tərkibi açıqlanıb

26.09.2013, 10:38
Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək missiyasının tərkibi açıqlanıb

Müşahidə missiyasına italiyalı deputat rəhbərlik edəcək

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb.

Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib.

E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib.

Avropa Parlamenti seçkiləri müşahidə missiyasının tərkibi Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarətdir. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol