Menu

ABŞ İŞİD-lə görüşür – Kəşfiyyatdan şok iddia

26.09.2016, 22:59

işid.ABŞ hərbçiləri Deyr əz-Zor yaxınlığında Suriya ordusuna qarşı təşkil olunan əməliyyatdan az öncə İŞİD terrorçuları ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Suriya Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyat xidməti bu görüşü əks etdirən görüntülərin olduğunu bəyan edib.

Xatırladaq ki, Deyr əz-Zor şəhərində ABŞ təyyarələrinin təşkil etdiyi hücum zamanı 62 Suriya hərbçisi həlak olmuş, 100-dən artıq adam yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol