AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Ukrayna prokurorluğu Rusiya Dövlət Dumasına Krımdan seçilmiş deputatlar barəsində cinayət işi qaldırıb.
Cinayət işi «Dövlətə xəyanət» maddəsi ilə açılıb. Bu maddə ilə 10 ildən-15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Maddənin fiqurantları «Vahid Rusiya» blokunun siyahısı üzrə seçilmiş Ruslan Balbek, Mixail Şeremet, Natalya Poklonskaya və birmandatlı dairədən seçilmiş Konstantin Baxarev, Svetlana Savçenko, Dmitri Belik, Andrey Kozenkodur.
Bundan əvvəl Ukrayna Ali Radası Krımda Rusiya Dumasına Rusiya hakimiyyəti tərəfindən keçirilən seçkiləri qeyri-legitim elan etmişdi.

Şərhlər