Menu

Yeni Zelandiyada özəl kosmodrom açılıb

28.09.2016, 10:19
Yeni Zelandiyada özəl kosmodrom açılıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünyada ilk olaraq, Yeni Zelandiyada özəl kosmodrom açılıb. Kosmodromu «Rocket Lab» şirkəti açıb. Bu barədə «The New Zealand Herald» qəzeti yazıb.

Qəzetin yazdığına görə, kosmodromdan ilk sınaq uçuşu cari ilin sonuna planlaşdırılır.

Yeni obyektin açılışında ölkənin iqtisadi inkişaf naziri Stiven Coys və yerli hakimiyyət orqanlarının nümayəndələri, «Rocket Lab» əməkdaşları, ölkədə yeni formalaşdırılmış Kosmik agentliyin üzvləri iştirak ediblər.

«Electron» raketlərindən NASA-nın, «Planet»-in, «Spire»-nin və «Moon Express»-in istifadə edəcəyi gözlənilir.

Raket kiçikqabaritli peykləri aşağı yerətrafı orbitə çıxaracaq.

Qəzetin yazdığına görə, bir uçuşun elan olunan qiyməti 6,7-7,6 milyon dollar təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol