Menu

Şəmkir sakini özünə odlu silahdan atəş açıb

28.09.2016, 12:26
Şəmkir sakini özünə odlu silahdan atəş açıb

Şəmkir rayon sakini özünə odlu silahdan atəş açıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat

qəsəbəsində baş verib.

Belə ki, həmin qəsəbə sakini, 1975-ci il təvəllüdlü Fəxrəddin Ələddin oğlu Aslanov özünə ov tüfəngindən atəş açaraq xəsarət yetirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan F.Aslanovun vəziyyətinin ağır olduğu bildirilib: "Yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. O, sağ qolundan yaralanıb".

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol