Menu

"Türkiyədə FETÖ ilə bağlı 32 min nəfər tutulub" - Ədliyyə naziri

28.09.2016, 13:15
"Türkiyədə FETÖ ilə bağlı 32 min nəfər tutulub" - Ədliyyə naziri

"Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində 32 min nəfər tutulub".

"Report" xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib.

"İyulun 15-dən indiyə kimi 70 min nəfər barəsində istintaq tədbirləri həyata keçirilib, 32 min nəfər isə həbs edilib, onlara qarşı cinayət işinə baxılır. Yeni həbslər ola, tutulanlardan bəziləri azad edilə bilər", - deyə nazir söyləyib.

B.Bozdağ bildirib ki, Ankarada böyük məhkəmə zalı yoxdur: "Ankaranın bəzi rayonlarında belə salonlar olsa da, yetərli deyil. İstanbulda belə problem yoxdur. Bu baxımdan hazırda Sincan rayonunda müəyyən işlər görülür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol