Menu

Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb

28.09.2016, 15:41
Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. “Kia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və 1992-ci il təvəllüdlü Orxandır.

Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol