Menu

Qarsda FETÖ ilə əlaqədə şübhəli bilinən 35 hərbçi - Tutulub

28.09.2016, 18:09

turk herbci hebsTürkiyənin Qars bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq tədbirləri çərçivəsində 35 hərbçi tutulub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Qars əyaləti Təhlükəsizlik İdarəsinin əməkdaşları Sarıkamış 9-cu Briqada Komandanlığında axtarış aparıblar.

Məlumata görə, 35 şübhəli təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Qarsda tutulan 15 hərbçinin istintaqı hələ də davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol