Menu

BÖYÜK NEFT RAZILAŞMASI BAŞ TUTDU! - OPEK neft hasilatını məhdudlaşdırır

28.09.2016, 23:20
BÖYÜK NEFT RAZILAŞMASI BAŞ TUTDU! - OPEK neft hasilatını məhdudlaşdırır

OPEK ölkələrinin rəsmiləri Əlcəzairdə keçirilmiş görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəliblər. Bu barədə "Reuters" məlumat yayıb.Məlumata görə, OPEK-ə üzv ölkələr neftin gündəlik hasilatının 32,5 milyon barel həcmdə məhdudlaşdırılmasını razılaşdırıblar.

Agentlik OPEK-in nümayəndə heyətindəki mənbələrə istinadən xəbər verib ki, təşkilat razılaşmayla əlaqədar neft ixrac edən digər ölkələrə də müraciət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol