Menu

539 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - VERGİ BORCU

29.09.2016, 11:42

airport-security_290716Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 28 sentyabr tarixinə vergi borcu olduğuna görə 539 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb. Siyahı ilə BURADAN tanış ola bilərsiniz

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol