Menu

Bakıda tanınmış şirkətdən oğurluq edilib

29.09.2016, 13:09

ogruBakıda tanınmış şirkətin inzibati binasından oğurluq edilib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nərimanov rayonunda yerləşən “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1 804 manat pul, 72 100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameraları oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mais İbadov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol