Menu

“SPACE 104 FM” NİYƏ BAĞLANIB? -  Rəsmi açıqlama (Yeniləndi)

29.09.2016, 14:34
“SPACE 104 FM” NİYƏ BAĞLANIB? -  Rəsmi açıqlama (Yeniləndi)

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun yayımının məhdudlaşdırılması barədə yayılan məlumatların əsası yoxdur. Radio texniki profilaktik işlərə görə axşamadək yayımı dayandırıb. Axşam saatlarından verilişlərini bərpa edəcək. Bu barədə Milli Teleradio Şurasından Turan-a bildiriblər.

Xatırladaq ki, bir sıra KİV-lər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə istinadən borc yarandığından radionun yayımının məhdudlaşdırıldığını yazıb.

***

Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb.Bu barədə “Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol