Menu

Beynəlxalq səhiyyə reytinqinə görə, Rusiya sonuncu yeri tutur! - Bəs Azərbaycan?

29.09.2016, 23:42
Beynəlxalq səhiyyə reytinqinə görə, Rusiya sonuncu yeri tutur! - Bəs Azərbaycan?

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, «Bloomberg» agentliyinin hazırladığı beynəlxalq səhiyyə reytinqinə görə, Rusiya sonuncu yeri tutur.

İndeks ömür uzunluğu, təbabətə xərclənən vəsaitin ümumi daxili məhsulda (ÜDM) payı və bu payın mütləq ifadədə miqdarı kimi göstəriciləri nəzərə alır.

Əhalisinin sayı bir milyondan artıq olan 55 ölkənin daxil edildiyi reytinqdə Rusiya uyğun olaraq, 55-ci yeri tutub. Rusiyadan əvvəl siyahıda Braziliya, Azərbaycan, Kolumbiya, İordaniya və ABŞ, uyğun olaraq 54-50-ci yerləri tuturlar.

Reytinqin liderləri Honkonq, Sinqapur, İspaniya, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş ölkələrdir.

Rusiyada orta ömür uzunluğu 70,37 il , təbabətə sərf olunan vəsaitin ÜDM-də payı 7,07 faiz və ya 893,0 dollar təşkil edib.

Məlumat üçün bildirək ki, Honkonqda orta ömür uzunluğu 83,98 il, səhiyyə sisteminə yönəldilən vəsaitin ÜDM-da payı 5,4 faiz və ya 2021 dollar təşkil edib.

Bundan əvvəl - 2009-cu ildə tərtib olunmuş reytinqdə də Rusiya sonuncu yeri tutmuşdu.

P.S. Amma öz aramızdır, səhiyyə reytinqində Azərbaycanın Rusiyanı ötüb keçməsi heç inandırıcı görsənmir. Nədən ki, hələlik Rusiyada pasiyentin xəstə ayağı əvəzinə, sağlam ayağının kəsilməsi kimi həkim qələtinə rast gəlinməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol