Menu

Türkiyə Suriya sərhədi boyunca divar tikintisi davam edir

30.09.2016, 10:31
Türkiyə Suriya sərhədi boyunca divar tikintisi davam edir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2017-ci ilin yazına qədər Türkiyə Suriya ilə bütün sərhədi boyunca divar tikintisini başa çatdıracaq.

Bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşıq «Reuters» agentliyinə bildirib. «Biz istəyirik ki, Suriya ilə 911 kilometrlik sərhəd bağlı olsun. Biz onu 2017-ci ilin yazına qədər tam bağlayacağıq» - deyə, İşıq bəyan edib.

Türkiyə Suriya ilə sərhədi boyunca divar tikintisinə hələ 2014-cü ildən, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə başlayıb. Suriya münaqişəsi başlanandan sonrakı dövrdə bu ölkədən Türkiyəyə 3 milyondan artıq qaçqın daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol