Menu

Rusiya aviazərbələrinin Suriyadakı nəticələri - 10 MİN ÖLÜ!

30.09.2016, 14:48
Rusiya aviazərbələrinin Suriyadakı nəticələri - 10 MİN ÖLÜ!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, son bir ildə Suriyada Rusiya hərbi təyyarələrinin endirdiyi zərbələr nəticəsində azı, 10 min nəfər həlak olub. Onların bir çoxu dinc sakinlərdir. Bu statistikanı insan haqları üzrə monitorinq missiyası açıqlayıb.

Düz bir il əvvəl Rusiya Suriyada hərbi kampaniyaya başlayıb. Başlıca məqsəd kimi Moskva, bu ölkədə «İslam dövləti» adlandırılan qruplaşmanın döyüşçülərinə qarşı mübarizə aparacağını elan etmişdi. Bu zaman, Bəşər Əsəd rejiminə dəstək veriləcəyi də yaddan çıxmırdı. Amma ötən 12 ay ərzində «islamçılar»a qarşı koalisiya ilə birləşmək mümkün olmadı, hətta bunun əksi baş verdi...

«Suriya məsələsi» üzrə Rusiya ilə ABŞ arasında zidiyyətlər getdikcə dərinləşir. Bu səbəbdən dolayı, Vaşinqton ritorikaı sərtləşdirir: Bu ərəfədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Rusiya şəhərlərində terror aktlarının baş verəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq etdi, Ağ evin mətbuat katibi isə Moskvaya qarşı yeni sanksiyaların tətbiq olunacağının mümkünlüyündən danışdı. Bu, Suriya ordusunun Rusiya hərbi kosmik qüvvələrinin (HKQ) dəstəyi ilə Aleppo şəhərinə hücumundan sonra baş verdi. Bundan iki həftə əvvəl isə humanitar yardım daşıyan yük maşınları atəşə məruz qaldı. ABŞ bu insidentin məsuliyyətini Moskvanın üzərinə qoydu.

Rəsmi məlumatlara görə, ötən il ərzində Suriyada 20 Rusiya hərbçisi həlak olub.

Müqayisə edin: 10 min suriyalı ölüyə qarşı 20 rus meyiti! Bu da Bəşər Əsədin «qazancı»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol