Azərbaycan Respublikası (AR) Cinayət Məcəlləsinin iki maddəsi üzrə “İnterpol” xətti ilə axtarışda olan şəxs İspaniyanın Barselona şəhərində saxlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Dani Danilo adlı Belarus vətəndaşı Azərbaycana ekstradisiya olunacaq.
O, AR Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 273-cü “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsilə axtarışda olub.


Şərhlər