Menu

Göz institutunda 9 pasiyent kor oldu! - Moskvada

30.09.2016, 16:24
Göz institutunda 9 pasiyent kor oldu! - Moskvada

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində 9 pasiyent həkimlərə müraciət edəndən sonra kor olub. Qalmaqal paytaxtda fəaliyyət göstərən Helmholds adına dövlət göz xəstəlikləri institutunda baş verib. İlkin versiyaya görə, buna səbəb kimi keyfiyyətsiz və ya xarab olmuş dərman vasitəsinin ola biləcəyi bildirilir.

Klinikanın saytında göstərilir ki, müəssisə milli oftolmalogiyanın formalaşması istiqamətində böyük xidmət göstərib. «Life» yazır ki, burada 9 pasiyentin üzləşdiyi insident milli oftolmologiya üçün gözlənilməz hadisədir.

Kor olanların arasında 61 yaşlı Tver sakini də var. «Avastin» inyeksiyası alandan sonra o, gözlərində kəskin ağrı və «yanğı» hiss edib. Nəticədə, onun bir gözü görmə qabiliyyətini tamamilə itirib.

Həkimlərin dediyinə görə, pasiyentlərin bəbəkləri hələ də işığa reaksiya verir. Hazırda onlar baş vermiş kütləvi korolmanın səbəblərini arayırlar.

«Avastin» preparatı şiş əleyhinə mübarizə vasitəsi kimi hazırlanıb. Amma bu dərman oftolmalogiyada da geniş tətbiqini tapıb - o, göz torunda qat əmələ gəlməsi əleyhinə işlənir və öz analoqlarından 5 dəfə ucuzdur (bir iynəsi 50 min rubl əvəzinə 10 min rubl).

Versiyalardan biri də belə səslənir ki, ola bilsin, korolma ona görə baş verib ki, preparata infeksiya keçib. Səhiyyə naziri artıq məsələni araşdırmaq üçün göstəriş verib. Araşdırmanı «Roszdravnadzor» aparır.

Rusiya istintaq komitəsi (RİK) də insidentlə maraqlanır. Müstəntiqlər institut personalını dindirəcək və preparatın kimyəvi analizinin aparılmasını təyin edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol