Menu

Niderland Rusiya səfirindən izahat istədi!

30.09.2016, 16:40
Niderland Rusiya səfirindən izahat istədi!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Niderlandın xarici işlər nazirliyi (XİN) Rusiyanın ölkədəki səlahiyyətli səfirini nazirliyə dəvət edib və ondan izahat istəyib.

Səfirdən tələb olunub ki, Malayziya təyyarəsinin qəzaya uğraması hadisəsinin araşdırılması prosesinin tənqidə məruz qoyulması səbəblərini izah etsin.

Bundan əvvəl birləşmiş istintaq qrupu öz məruzəsini dərc edib. Məruzədə deyilir ki, layner «Buk» qurğusundan açılan atəşlə məhv edilib. Qurğu Rusiyadan Ukrayna ərazisinə (Snejnoye qəsəbəsi) gətirilib, sonra isə geri qaytarılıb.

Niderland XİN başçısı bəyan edib ki, araşdırmanın əsassız tənqidə məruz qoyulması yolverilməzdir. Araşdırmanın nəticələrinə Rusiyanın reaksiyası müstəntiqlərin peşəkarlığını, müstəqilliyini və düzgünlüyünü şübhə altına alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol