Menu

Əlillik sənədini pulla düzəldən məmur barəsində olan hökmdən şikayət verib

01.10.2016, 09:48
Əlillik sənədini pulla düzəldən məmur barəsində olan hökmdən şikayət verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının rüşvət almaqda təqsirləndirilən sədri Fəsad Mustafayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, o barəsin bəraət hökmünün çıxarılması haqqında apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayət üzrə ilkin baxış iclası oktyabrın 7-də keçiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fasad Mustafayev rüşvət alarkən yaxalayıblar. O, Bakı şəhər sakininə əlillik sənədinin düzəldilməsi üçün pul istəyib. Fəsad Mustafayev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mustafayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol