Menu

ABŞ-ın kəşfiyyat təyyarəsi Krıma yaxınlaşıb

02.10.2016, 00:17
ABŞ-ın kəşfiyyat təyyarəsi Krıma yaxınlaşıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın kəşfiyyatçı təyyarəsi Krım yarımadasına yaxınlaşıb. Bu faktı hərbi aviasiyanın hərəkətini izləyən qərb saytlarının yaydığı məlumatlar təsdiqləyir.

Həmin məlumatlara görə, ABŞ hərbi-hava qüvvələrinə məxsus daha bir patrul - sualtı qayıq əleyhinə təyyarəsi Aralıq dənizində Rusiya gəmilərinin üzdüyü rayonda kəşfiyyat işləri aparır.

«İnterfaks» qeyd edir ki, bu ərəfədə ABŞ-ın kəşfiyyat təyyarələri bir neçə dəfə Rusiya hüdudlarına qədər və Rusiya hərbi-dəniz qüvvələrinə məxsus döyüş gəmilərinin dislokasiya yerinə uçuşlar həyata keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol