Dağıstanın Tabasaran rayonunda iki terrorçu öldürülüb.Bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Əməliyyat axtarış tədbirləri zamanı bir qrup silahlı şəxs aşkarlanıb və hüquq-mühafizə orqanları silahlıların təslim olmasını tələb edib. Təslim olmaqdan imtina edən silahlılarla atışma zamanı iki terrorçu öldürülüb.


Şərhlər