Menu

Ermənistanda yeni müdafiə naziri təyin olundu - FOTO

03.10.2016, 13:33
Ermənistanda yeni müdafiə naziri təyin olundu - FOTO

Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək

Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.

APA-nın “newsarmenia.am” saytına istinadən verdiyi məlumata görə, Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının rəhbəri olub.

V. Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol