Menu

ADB Azərbaycana 1 mln. dollarlıq yardım paketini təsdiq edib

03.10.2016, 15:30

Asian_Development_Bank_050712_albom_2Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Dəmir yolunun inkişafı Proqramı”nın icrası üçün ayırdığı 1 mln. ABŞ dolları həcmində texniki dəstəklə bağlı xüsusi maliyyələşməni təsdiqləyib.

“Report”un ADB-dən əldə etdiyi məlumata görə, Bank vəsaiti “Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatların aparılması və qurumun maliyyə restrukturizasiyası, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üçün ayırır.

Həmçinin, bu maliyyələşmə kompüterləşdirilmiş yük əməliyyat və yüklərin izlənməsi sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını da əhatə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol