Menu

“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb - Yaralılar var

03.10.2016, 16:41
“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb - Yaralılar var

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

“Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol