AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abenin fikrincə, Rusiya Federasiyası ilə ərazi məsələsi, Cənubi Kuril adalarının özlərindən əlavə, həm də onların akvatoriyasını əhatə edir. Bu fikri o, parlamentin aşağı palatasında büdcə komissiyası debatlarının gedişi zamanı səsləndirib. Debatlar milli televiziya ilə canlı yayımlanıb.
«Dörd ada barədə düşünmək qaçılmazdır, o cümlədən, onların akvatoriyası barədə» - deyə, Baş nazir bəyan edib. Abe onu da bəyan edib ki, «dörd ada probleminin həlli və sülh müqaviləsi bağlamaq istiqamətində inadlı danışıqlar aparmaq» niyyətindədir.
Bundan əvvəl Abe qeyd etmişdi ki, Yaponiya Cənubi Kurili özünün əzəli ərazisi hesab edir və Rusiya ilə danışıqlarda bu mövqedən çıxış edir.
«Dörd ada - bunlar Yaponiyanın əzəli əraziləridir» - deyə, Abe bəyan edib.


Şərhlər