Menu

“Cəbhət ən-Nüsrə” qruplaşmasının liderlərindən biri məhv edilib

03.10.2016, 20:33
“Cəbhət ən-Nüsrə” qruplaşmasının liderlərindən biri məhv edilib

Suriyada beynəlxalq koalisiya aviasiyasının endirdiyi hava zərbəsi nəticəsində "Cəbhət Fəth əş-Şam" (keçmiş “Cəbhət ən-Nüsrə”) qruplaşmasının liderlərindən biri məhv edilib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Əbu əl-Fərəc əl-Məsri Suriyanın Cisr Əş-Şuğur şəhəri yaxınlığında öldürülüb.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol