Menu

Nobel prospektində tıxac var

03.10.2016, 20:39

nobel tixacAxşam saatlarında Xətai rayonu Nobel prospektində, “Nargilə” kafesinə doğru böyük bir tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxacın səbəbi kafe yaxınlığında "Mercedes" markalı iki avtomobilin toqquşması olub.

Qəzaya ilkin səbəb kimi avtomobillərin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və işıqfora əməl etməməsi göstərilir. Hadisə yerinə yol polisi əməkdaşları gecikdiyi üçün avtomobil sahibləri də avtomobillərini yolun ortasında saxlamaq qərarına gəliblər. Bu səbədən prospektdə böyük tıxac yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol