Bu gün Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı fəallarının işi üzrə prosesdə vəkillərin çıxışları başa çatıb.

Müttəhimlər 9-cu gündür ki, aclıq edirlər. İclasdan öncə AXCP lideri Əli Kərimli gəncləri aclığı dayandırmağa və səhhətlərini qorumağa çağırıb.

Gənclərin valideynləri də aclığa son qoymağa çağırıblar. Lakin müttəhimlər imtina ediblər.

Müttəhim İlkin Rüstəmzadə hakimə deyib ki, Penitensiar Xidmətdən xahiş etsinlər

məhbuslar üçün avtomobili dəyişsinlər. Çünki onları gətirən avtomobildə kondisioner yoxdur və bu, aclıq edənlərə pis təsir göstərir.

Sonra vəkil Elçin Sadıqov çıxış edib. O deyib ki, “proses söz və ifadə azadlığı üzərində məhkəmədir”. O, müttəhimlərə bəraət verilməsinə çağırıb.

Vəkil Xalid Bağırov ittihamların sübutsuz olduğunu və çoxlu prosessual pozuntuların oldğunu qeyd edib.

Belə ki, əməliyyatçıların yalnız baxış üçün sanksiyası olduğu halda onlar müttəhimlərin mənzillərində axtarış apararaq alt-üst ediblər.

Baxışlar, şahid ifadələrinə dair protokollar saxtalaşdırılıb, müttəhimlərin müdafiə hüququ pozulub.

Vəkil İ.Rüstəmzadəyə qarşı ittihamı “görünməmiş biabırçılıq” adlandırıb.

Gənc xuliqanlıqda ittiham olunur, lakin ictimai təhlükəli hərəkət faktı və zərərçəkən yoxdur.

Faktiki olaraq İ.Rüstəmzadə başqalarının da etdiyi işə görə - “Harleme Shake” rəqsinin ifasına və onun İnternetdə yerləşdirilməsinə görə həbs olunub.

Sonra sonuncu vəkil Rəşid Hacılı çıxış edib. O, dörd müttəhimi müdafiə edir. Lakin xarici ölkədə ezamiyyətdə olduğundan müttəhimlər məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş ediblər.

Müttəhim Rəşadət Axundov yekun sözə hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası mayın 1-nə təyin edib.–1606D-

ŞƏRHLƏR

Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering

(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна

(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.

Powered by © Contact Online news, 2007 - 2014

Email: editor.contact.az@gmail.com

Rambler's Top100 Openstat