Menu

Azərbaycan Dövlət Neft Fondu "Brexit"dən 300 mln. dollar zərər edib

04.10.2016, 14:45
Azərbaycan Dövlət Neft Fondu "Brexit"dən 300 mln. dollar zərər edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə "Brexit" qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib.

"Report" xəbər verir ki, ARDNF-in investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir.

Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub.

Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir.

Xatırladaq ki, "Report"un analitik qrupu avronun dollarla müqayisədə məzənnəsinin yaxın 1 il ərzində paritetə qədər geriləyəcəyini, nəticədə, Fondun avro portfelinin dollar ekvivalentində 10%-ə qədər ucuzlaşacağını proqnozlaşdırır. Bu da avroda olan 10,5 mlrd. avro vəsaitin təxminən dollar ekvivalentində 1 mlrd. azalmasına gətirib çıxara bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol