Menu

ÇOVDAROVU MƏHKƏMƏDƏN BELƏ APARDILAR - VİDEO

04.10.2016, 20:00

covdarBu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Prosesdə S.Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər hərbi qulluqçu olduğu üçün cinayət işinin Hərbi Məhkəməyə göndərilməsinə baxmayaraq həbs qətimkan tədbirinin Səbail Rayon Məhkəməsində seçilməsi doğru deyil: "Qanunla təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri Hərbi Məhkəmədə seçməli idi. Əgər Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilibsə, onda cinayət işinə Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Mənim qaldırdığım vəsatətə hazırlıq iclasının yekununda baxılacaq".

A.Çovdarovun vəkili Kamandar Nəsibov isə vəsatətlə çıxış edərək məhkəmədən vaxt istəyib. O, A.Çovdarovla yeni müqavilə bağladığını və cinayət işi ilə tanış olmadığını deyib. Vəsatət təmin edilib.

Proses oktyabrın 19-dək təxirə salınıb.

Musavat.com-un verdiyi məlumata görə  xüsusi mühafizə altında qorunan general Çovdarov aşağıda izlədiyiniz videogörüntüdəki xüsusi avtomobilin içindədir və o, saxlanıldığı təcridxanaya aparırlır.

 

________

1448266117_covdarov-mehkeme2Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Akif Çovdarovun və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Prosesə Həbib Həsənov sədrlik edir.

Prosesdə iştirak edərək baş verənləri öz mətbu orqanlarında işıqlandırmaq məqsədilə məhkəməyə gəlmiş jurnalistlər əvvəlki prosesdə olduğu kimi, içəri buraxılmayıblar. (Virtualaz.org)

Musavat.comun məlumatına görə, təqdirləndirilən şəxslərin zərərçəkmişlərin vəkilləri hazırda məhkəmə zalındadır.Sabubçu Rayon Məhkəməsində olan nəzarətçilərin verdiyi məlumata görə, A.Çovdarov məhkəmə zalına gətirilərkən onu heç kim görmür. Xüsusi girişdən zala gətirilən A.Çovdarov zalda şüşə qəfəs arxasında oturanadək heç kimlə təmasda olmur.

"Məhkəməyə arxa qapıdan gətirilir. Maşın birbaşa zirzəmiyə daxil olur. A.Çovdarov liftlə zala qaldırılır. Onu kiminsə görməsi mümkün deyil" - deyə verilən məlumatda bildirilir.

Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.

Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol