Menu

“Belə olarsa məmurlar Allah olmadıqlarını dərk edə biləcəklər”

25.04.2014, 16:16
“Belə olarsa məmurlar Allah olmadıqlarını dərk edə biləcəklər”

“Bu ölkənin inkişafı üçün həqiqətən də gərəkli addımdır”. Bunu AzPolitika.info-ya açıqlamasında Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Ermənistan parlamentinin prezidentin bir müddətə və 7 illik seçilməsi ilə bağlı dəyişiklik edilməsi qərarının Cənubi Qafqaz ölkələrində tətbiqindən danışarkən deyib.

Onun sözlərinə görə, bu addım ölkədəki iqtisadi vəziyyətə, korrupsiyaya qarşı mübarizədə və cəmiyyətin inkişafında böyük rol oynayacaq: “Belə olarsa, həm məmur, həm də prezident Allah olmadıqlarını dərk edə biləcəklər. Onlar anlayacaqlar ki, prezident və məmur sadəcə xalqa xidmət etməkdən ötrü elə xalq tərəfindən təyin edilib və xalq tərəfindən də öz vəzifəsindən sui-istifadə zamanı istefaya göndərilə bilərlər. Ona görə də, hər bir qərarı və qaydanı elə tətbiq etmək lazımdır ki, xalqın istəyi və arzusu həlledici olsun. Cənubi Qafqaz ölkələrində bu artıq Gürcüstanda Saakaşvilinin hakimiyyəti ilə tətbiq olundu. O, üçüncü dəfə prezidentlik kürsüsünə iddia etmədi və bununla da hamıya düzgünlük nə deməkdirsə sübut etdi. O, özünün və komandasının istəyinə görə konstitusiyanı pozmadı. Ona görə də Gürcüstan həm iqtisadi, həm də vətəndaşların cəmiyyətdə hüquqlarının qorunması baxımından dinamik inkişaf etməkdədir. Hətta hazırda Gürcüstanda korrupsiya ilə mübarizədə öz effektini verir”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol