Nikolay Sokol: “Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Latviyada yeni iqtisadi aclığın başlanması deməkdir”
“Hesab edirəm ki, Putinin Latviya ilə bağlı heç bir iddiası ola bilməz”. Bunu AzPolitika.info-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Nikolay Sokol ötən gün Rusiya politoloqu Stanislav Belkovskinin “Rusiyanın Ukraynadan sonra növbəti hədəfi Dağlıq Qarabağ və Latviyadır” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın Latviya ilə bağlı ciddi planlarının olması mümkün deyil: “Çünki Latviya ilk növbədə NATO-ya daxil olan dövlətdir. Rusiyanın Dağlıq Qarabağa olan iddiası ilə bağlı isə mən heç bir söz deyə bilmərəm. Əgər ABŞ və Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlsələr, Latviya onları sadəcə dəstəkləyəcək. Lakin Rusiyaya qarşı sanksiyalar tətbiq edilən andan burada iqtisadi böhran başlayacaq. Çünki bütün biznes demək olar ki, Rusiyadan asılıdır. Limanlar, dəmir yolları və s. Ona görə də, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, Latviyada yeni iqtisadi aclığın başlanması deməkdir”.
Ülkər Musazadə


Şərhlər