Menu

Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

04.10.2016, 23:54
Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

PKK terrorçuları Türkiyənin Diyarbakır əyalətində hərbi bazanı raket atəşinə tutublar.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Lice və Bingölün Gənc rayonları arasındakı Habalı bölgəsində baş verib.

Nəticədə 1 baş leytenant şəhid olub, 5 hərbçi yaralanıb. Yaralılar Diyarbakır şəhərindəki müxtəlif xəstəxanalara çatdırılıblar.

Bölgəyə "Təcili tibbi yardım" maşınları və əlavə qüvvələr cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol