Menu

Türkiyə Silahlı Qüvvələri və MİT-də daha 55 nəfər tutulub

05.10.2016, 12:58
Türkiyə Silahlı Qüvvələri və MİT-də daha 55 nəfər tutulub

Türkiyənin 31 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilmiş əməliyyat nəticəsində 55 nəfər tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər.

Məhkəmə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) FETÖ-çü imamlarla bağlı aparılan istintaq tədbirləri çərçivəsində 31 əyalətdə 101 nəfərin tutulması haqda qərar çıxarıb. İndiyədək onların 55-i həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol