Menu

Sabiq müdafiə naziri müxalifətə keçir

05.10.2016, 13:07
Sabiq müdafiə naziri müxalifətə keçir

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan müxalifətə keçəcək.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, o, prezident aparatı sədrinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan “Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq. Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S. Ohanyanın prezident Serj Sarkisyandan küsülü ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol